Bəstəkar-müğənni Murad Arifin həyətinə girən ayı tapılıb.
Qaynarinfo-nun məlumatına görə, ayı Daxili İşlər Nazirliyinin Saray polis bölməsinin əməkdaşları tərəfindən aşkar edilib.
Murad Arifin həyətindən qaçan ayı polis bölməsinin əməkdaşları tərəfindən Saray qəsəbəsində tapılıb. Ayı hazırda polis bölməsində saxlanılır.
Qeyd edək ki, dünən Murad Arifin bağ evinin həyətinə ayı balası girib. Bununla bağlı ifaçı "Facebook” hesabında paylaşım edib:
"Mənim həyatımda bir tək ayı çatışmırdı. Səhər saat beşin yarısı həyətimizə ayı balası qonaq gəlmişdi. Bala olmasına baxma, Marsın (itini nəzərdə tutur - red.) hasarına cumur, yaxınlaşanlara hücum edirdi. Bağımızda yaşayan ailə gecəylə video çəkib göndərib. Yatmışdım, indi xəbər tuturam. Ayı da hasardan qaçıb gedib. Xatırladıram ki, Novxanı-Qurd dərəsi zonasında ayılar olmur. Bu, kiminsə kəsib-yemək üçün saxladığı heyvan imiş, qurtulub”.
Əhməd