Xəbər lenti

Murad Dadaşov onları “Xəzər”ə gətirdi
Ölkə14:03 22.04.2020

Murad Dadaşov onları “Xəzər”ə gətirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xalq artisti Murad Dadaşov rəhbər vəzifəyə təyin edildiyi Xəzər TV-də dəyişikliklərə davam edir.
Qaynarinfo axşam.az-a istinadən xəbər verir ki, Dadaşov bu aralar kanala yeni aparıcılar cəlb etməklə məşğuldur.
Aktyor Elşən Orucovun ardından aparıcı Tural Əsədov da "Xəzər”ə gəlib. Onun maraqlı bir axşam şousu ilə efirdə görünəcəyi bildirilir.
M.Dadaşovun telekanala dəvət etdiyi digər aparıcılar isə Günay Malikqızı və Günay Novruzqızıdır. Hər iki xanım səhər proqramı ilə tamaşaçıların qarşısına çıxacaqlar.
Artıq verilişlər üçün yeni studiyalar da hazırlanıb.