Xəbər lenti

Murad Dadaşovun dükanı yarıldı - FOTOLAR
Ölkə06:12 29.03.2014

Murad Dadaşovun dükanı yarıldı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın tanınmış şoumeni, “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun keçmiş üzvü Murad Dadaşovun obyekti ötən gecə qarət olunub.

Qaynar.info milli.az saytına istinadən xəbər verir ki, Səbayel rayon istiqlaliyyət küçəsindəki şirniyyat məmulatlarının satışı və sifarişini həyata keçirən Côte d`Azur mağazası qarət olunub. Mağazanın şüşələri naməlum şəxslər tərəfindən sındırılıb. Mağazanın əməkdaşları və polis içəri daxil olmağa izacə verməyiblər. Hələlik mağazadan pul və ya şirniyyatın aparılması məlum deyil.

Qeyd edək ki, M. Dadaşovun sözügedən şirniyyat mağazası bahalı dükanlardan hesab olunur. Müştərilərin bildirdiyinə görə, buradan tort sifariş vermək bir neçə min manata başa gəlir. 

***

Tanınmış şoumen Murad Dadaşov ona məxsus olan “Côte d`Azur” şirniyyat mağazasının qarət olunmasına münasibət bildirib.

 “Qafqazinfo”ya açıqlamasında şoumen mağazaya ziyan dəymədiyini bildirib:

“Böyük bir hadisə baş verməyib. Bir uşaq mağazanı qarət etmək istəyib. Heç bir ziyan dəyməyib, sadəcə bir telefon aparıb. Balaca mağazadır, orada nə qədər pul ola bilər? Yaşasın polislərimiz, cəld tərpənib qarətçini yaxalayıblar”.

Murad Dadaşov daha sonra zarafatla bildirib ki, kimsə axşam-axşam tort yemək istəyib, görüb ki, mağaza bağlıdır:

"Ona görə pəncərəni sındırararaq içəri daxil olub. Amma tortların maket olduğunu zənn edərək onlara dəyməyib, telefonu götürməklə kifayətlənib".

Qaynar.info