
Ömürlük məhbusun şeirlərindən ibarət növbəti kitabın təqdimat mərasimi keçirilib.
Trend xəbər verir ki, martın 15-də Ədliyyə Nazirliyinin Penitensiar xidmətin həbsxanasında ömürlük azadlıqdan məhrum edilmiş məhkum Strelyayev Sergey Aleksandroviçin şeirlərindən ibarət rus dilində nəşr edilmiş növbəti kitabın təqdimatı keçirilib.
Məhkum Strelyayev Sergey Aleksandroviçin şeirlərindən ibarət kitabın həbsxanada keçirilən təqdimat mərasimində məhkumun özünün də iştirak edib.
Tədbirdə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin, Ombudsman Aparatının məsul əməkdaşları, Yazıçılar Birliyinin üzvləri, məhkumun anası, yaxın qohumları və tanışları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Təqdimat mərasimini giriş sözü ilə açan Penitensiar xidmətin şöbə rəisi, ədliyyə polkovniki Rafiq Ramazanov belə tədbirlərin Azərbaycanda həssas qrupa daxil olan məhkumların hüquqlarının qorunmasına yüksək diqqət və qayğının təzahürü olduğunu vurğulayıb, ölkə başçısının tapsırıqlarına uygun olaraq penitensiar sistemdə aparılan köklü islahatlar barədə məlumat verib.
Cıxış edənlər belə bir tədbirin təşkil olunmasını penitensiar sistemində əldə olunmuş yüksək nailiyyətlərin nümunəsi kimi qiymətləndirərək, ölkəmizdə hər kəsin hüquq bərabərliyinin, söz və mətbuat azadlığının təmin olunduğunu qeyd ediblər. Həmçinin, muasir penitensiar infrastrukturun yaradılmasının, məhkumların maraqlarının təhsil və biliyə, müasir texnologiyalara yiyələnməyə yönəldilməsinin, onların azad cəmiyyətə sağlam mənəviyyatlı insanlar kimi qayıdıslarının təmin olunmasında mühüm əhəmiyyət kəsb etdiyi bildirilib.
Sonra məhkumun törətdiyi cinayət əməllərinə görə keçirdiyi pesmançılıq hisslərini, azadlığa qovuşmaq istəklərini əks etdirən şeirləri dinlənilib.
Qaynar.info