
Müsavat Partiyası yeni sayt açıb.
Qaynar.info xəbər verir ki, Bastainfo.com adlı yeni saytda tanınmış jurnalistlər - Müsavat Məclisinin üzvü Mustafa Hacıbəyli, Divan üzvü Alya Yaqublu və Ramin Deko çalışacaq.
Müsavat başqanı Arif Hacılı “Facebook” səhifəsində yeni yaradılan sayta uğurlar arzulayıb: “Bastainfo.com saytı fəaliyyətə başladı. Müsavatçıların təşəbbüsü və zəhməti hesabına başa gələn saytın ölkənin ən obyektiv, ləyaqətli saytlarından olacağına inanıram. Mustafa Hacıbəyli, Alya Yaqublu kimi təcrübəli redaktorların, tanınmış jurnalist Ramin Dekonun, Rüfət Baxışbəylinin, siyasi ekspert Səxavət Soltanlının Soltanlının, Azər İsmayılın və digərlərinin çalışacağı saytın yaxın zamanlarda nüfuzlu bir sayta çevriləcəyi də gözləniləndir.
Saytın qurulmasında xüsusi əməyi olan Tural bəyə ayrıca təşəkkürümü bildirirəm.
Xeyirli, uğurlu olsun”.
Qaynar.info