Xəbər lenti

Müsavat Partiyasının qərargahı qarət olundu
Ölkə07:57 19.08.2020

Müsavat Partiyasının qərargahı qarət olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Müsavat Partiyasının qərargahı qarət olunub.
Qaynarinfo xəbər verir ki, bu barədə partiyanın başqanı Arif Hacılı məlumat verib. O bildirib ki, oğrular partiyanın binasına məxsus iki kondisioneri aparıb:
"Bu gecə naməlum şəxslər partiyanın qərargahına girib. Dəmir barmaqlıqlar kəsilib. Pəncərələr sındırılıb. Hələlik 2 kondisionerin aparıldığı məlumdur”.
Arif Hacılı qeyd edib ki, baş verənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub:
"Polisə müraciət olunub. İndi burada xeyli polis əməkdaşı əməliyyat tədbirləri aparır”.
Bahar Rüstəmli