
Müsavat Gənclər Təşkilatının sədri Əhliman Abbas müsavatçı gənclərin partiyadan qovulmasına münasibət bildirib.
Bu barədə “Qafqazinfo”ya açıqlama verən Əhliman Abbas qeyd edib ki, Samir Poladov və Orxan Eyyubzadənin qeyri etik davranışları ilə əlaqədər partiya divanına müraciət olunmuşub: “Partiya Divanı da həmin gənnclərin sosial şəbəkələrdə yazdıqlarını, şərhlərini nəzərə alıb bu məsələni araşdırdı. Divanın əlində bununla bağlı bir sıra faktlar var idi. Müsavat rəhbərliyinə və partiyasına qarşı gənclər qeyri-etik ifadələrdən istifadə ediblər. Partiyanın nüfuzunu aşağı salmağa çalışıblar. Buna görə də həmin gənclər partiyadan uzaqlaşdırıldı”.
Əhliman Abbas qeyd edib ki. gənclərin partiyadan çıxarılmasını mahiyyət etibarilə gənclər təşkilatına keçirilən sədr seçkisi ilə də əlaqələndirmək olar: “Amma nəzərə almalıyıq ki, prezident seçkilərindən sonra da bu gənclər partiya funksionerlərinə qarşı böhtan atıblar və onları gözdən salmağa çalışırdılar. Müsavat Partiyası hər zaman gənclərə, onların fikirlərinə əhəmiyyət verib. Amma belə situasiyada da cava vermək lazımdır ki, cəzasızlıq mühiti yaranmasın”.
Qaynar.info