Xəbər lenti

Müsavatçı həbs edildi -YENİLƏNDİ
Ölkə13:11 14.08.2013

Müsavatçı həbs edildi -YENİLƏNDİ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gecə Sabirabadda saxlanılmış Müsavat Partiyasının Sabirabad rayon təşkilatının keçmiş sədri Azər İsmayılın məhkəməyə prosesi keçirilib.

Qaynar.info-nun məlumatına görə, A.İsmayıl polisə müqavimətdə təqsirləndirilib. Məhkəmə ona 5 sutka həbs cəzası kəsib.

***

12:54

Bu gecə Sabirabadda Müsavat Partiyasının rayon təşkilatının keçmiş sədri Azər İsmayıl polis tərəfindən saxlanılıb.

Bu barədə fəalın yaxınları məlumat veriblər. Onların sözlərinə görə, Azər İsmayıl gecə saatlarında evdən çıxaraq marketə çörək almağa gedərkən polislər tərəfindən saxlanılıb. Sabirabad Rayon Polis Şöbəsinə gətirilən A.İsmayılın nə səbəbdən saxlanıldığı bilinmir.

Qaynar.info