
Müsavat Gənclər Təşkilatına növbəti sədr seçkisinin noyabr ayının ortalarında keçirilməsi planlaşdırılır.
Bu barədə “Qafqazinfo” ya açıqlama verən Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı qeyd edib ki, Gənclər Təşkilatına sədrlik seçimi üçün 6 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb: “Təşkilat Komitəsi artıq bununla bağlı bir neçə iclas keçirib. Səsvermədə iştirak edəcək şəxslərin siyahısı dəqiqləşdirilir”. Tural Abbaslı qeyd edib ki, yaşının keçməsi ilə bağlı səsvermədə iştirak edə bilməyəcək: “Mənim namizədim hələ ki yoxdur. Sədr olmaq istəyənlər öz namizədliklərini versinlər, o zaman dəyərləndirə bilərəm”.
Qaynar.info