Xəbər lenti

Müsavatdan 400 nəfər istefa verib? Açıqlama
Ölkə07:48 17.10.2014

Müsavatdan 400 nəfər istefa verib? Açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müsavat Partiyası Tovuz rayon təşkilatının keçmiş sədri Miryaqub Ağamirli Azadlıq radiosu müsahibəsində 400 üzvün istefa verdiyini deyib.

Partiyanın Təşkilat Komitəsinin sədri Razim Əmiraslanlı “Qafqazinfo”ya açıqlamasında rəqəmin belə yüksək olmadığını bildirib: “Tovuz rayon təşkilatının heç 400 üzvü yoxdur. İstefa verənlərin sayı bir neçə nəfərdir”.

R.Əmiraslanlı qərarı 19 nəfərin qəbul etməsinə də aydınlıq gətirib: “İstefa verənlər heç 19 nəfər də deyil. Rəsmi olaraq 4-5 üzv istefa verib”.

Qaynar.info