
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində müşavir təyinatı olub.
APA-nın xəbərinə görə, nazir Əli Abbasovun əmri ilə qurumun mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov nazirin müşaviri təyin edilib.
Nazirliyin informasiya-təbliğat işi, ictimaiyyətlə əlaqələr, multimedia mərkəzi və internet resurslarına ümumi rəhbərlik nazirin müşavirinin səlahiyyətlərinə aiddir.
M. Əmirov APA-ya faktı təsdiqləyib və göstərilən etimada görə təşəkkürünü bildirib.
Qaynar.info