Xəbər lenti

Sənət 16:33 07.02.2023

Müşfiq Hətəmov yeni vəzifəyə gedir? - İstefanın səbəbi

"Space” Müstəqil Teleradio Şirkətinin sabiq  direktoru Müşfiq Hətəmovun vəzifəsindən istefa verməsinin səbəbi bəlli olub.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Müşfüq Hətəmov Mədəniyyət Nazirliyinin tabeliyində Kino Agentliyinin icraçı direktor əvəzi vəzifəsinə təyin olunacaq.

Məsələ ilə bağlı Müşfüq Hətəmovun mövqeyini öyrənmək istəsək də, cəhdimiz alınmadı. 
 
Mədəniyyət Nazirliyinin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova belə bir məlumatın olmadığını bildirdi.

Qeyd edək ki, Müşfiq Hətəmov "Space"nın direktoru vəzifəsindən öz istəyi ilə ayrılıb. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->