Xəbər lenti

Müşfiqabadda ağır yol qəzası: - 2 ÖLÜ, FOTOSESSİYA
Ölkə06:11 22.01.2014

Müşfiqabadda ağır yol qəzası: - 2 ÖLÜ, FOTOSESSİYA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı-Şamaxı yolunun 23 kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib.


APA-nın məlumatına görə, Abşeron rayonunun Müşfiqabad qəsəbəsində "Ford" markalı yük avtomobili ilə VAZ-2107 markalı minik maşını toqquşub.
 
Qəza nəticəsində VAZ-2107-nin sürücüsü, 1968-ci il təvəllüdlü Mehralıyev Gəray Surxay oğlu və onun oğlu, 1993-cü il təvəllüdlü Vüsal dünyasını dəyişib, yük maşınında olan iki nəfər - 1981 təvəllüdlü Səlimov Azad Cəmaləddin oğlu və 1979 Musayev İlham Ağapənah oğlu xəsarət alıblar. Yaralılar xəstəxanaya aparılıb.
 
Faktla bağlı araşdırma aparılır.


Qaynar.info