Bunu Qaynarinfo-ya açıqlamasında Yasamal Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin mühəndisi Fəxri Hüseynov Azərbaycanın böyük şairi Mikayıl Müşfiqin bir zamanlar yaşadığı, lakin sonradan plana düşdüyü üçün sökülən evinin yerində qoyulan barelyefdən danışarkən deyib.
Onun sözlərinə görə, hazırda sözügedən ərazidə heç bir tikinti aparılmır:
"Şəkilə baxanda arxada iki rəngdə 9 mərtəbəli bina görünür. Amma lövhədə göstərilən ünvanda belə bir bina yoxdur. Şəkildəki bina bizə tanış gəlmir. Rayonumuzun digər ünvanlarında belə bir binanın olduğunu xatırlamıram. Hazırda orada heç bir tikinti getmir”.
Qeyd edək ki, sosial şəbəkədə Azərbaycanın böyük şairi Mikayıl Müşfiqin bir zamanlar yaşadığı, lakin sonradan plana düşdüyü üçün sökülən evinin yerində qoyulan barelyefinin fotoları yayılıb. Qeyd edək ki, barelyefdə bu sözlər yazılıb: "Bu yerdə keçmiş 2-ci Sovet küçəsi, 6 saylı evdə ölməz Azərbaycan şairi Mikayıl Müşfiq doğulub, yaşayıb, yaratmışdır".