Bakıda xanım müştəri Nəsimi rayonunda yerlşən "Kseroks" çap mərkəzinin müdirini döyüb.
Qaynarinfo-nun məlumatına görə, hadisəyə görə 1994-cü ildə Sabirabad rayonunda doğulmuş G.B. adlı şəxsə Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi açılıb və iş məhkməyə göndərilib.
Məhkəmədə məlum olub ki, G.B. anası ilə birlikdə "Kseroks" çap mərkəzinə sənədləri çap etmək üçün daxil olub. Mərkəzin işçisi sənədləri ondan alaraq map edib və 4 manat 20 qəpik pul istəyib. Bu zaman G.B. "Kseroks" çap mərkəzinin Günel adlı müdirinə sənədlərin surətini baha qiymətə çap etməsi ilə bağlı öz iradını bildirib.
Bu zaman tərəflər arasında sözlü mübahisə yaranıb. Mübahisə zamanı "Kseroks" çap mərkəzinin müdiri aqressiv şəkildə əlində xətkeşlə onun üzərinə gələrək ,üz nahiyəsinə zərbələr endirib. G.B. müəssisə rəhbərinin hərəkətindən qəzəblənib və xanımlar arasında dava düşüb. Günel döyüldüyünü iddia edərək, polisə şikayət verib.
Məhkəmənin qərarı ilə G.B. Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 1000 manat cərimələnib.
Aydın
Şərhlər