Xəbər lenti

Müştərinin 820 manata aldığı gödəkçə keyfiyyətsiz çıxdı - Məhkəmə geri qaytardı
Ölkə 20:23 02.03.2023

Müştərinin 820 manata aldığı gödəkçə keyfiyyətsiz çıxdı - Məhkəmə geri qaytardı

Bakıda müştərinin ticarət mərkəzindən 820 manata aldığı gödəkçə keyfiyyətsiz tikilsə də, onu geri  qaytara bilməyib. 

Qaynarinfo-nun məlumatına görə, Hüseyn (şərti) adlı şəxs ticarət mərkəzindəki mağazaların birindən 775 manat dəyərində "Outwear A06284 01DAP FW22/23 Diesel” modelində gödəkçə alıb.

Evə getdikdən sonra  gödəkçənin ona yaraşmadığını görüb, dərhal həmin dükana qayıdaraq öz istehlakçı hüquqlarından istifadə edərək gödəkçəni başqası ilə əvəz edib. O, 775 manat ödəyərək aldığı "Outwear A06284 01DAP FW22/23 Diesel” modelində gödəkçəni qaytarıb və əlavə 45 manat da ödəyərək 820 manata "Outwear A06285 0AEAİ FW22/23 Diesel” modelində gödəkçə alıb. 

Lakin bu dəfə evə getdikdən sonra gödəkçənin keyfiyyətsiz tikildiyini görüb və mağazaya qayıdaraq malın geri alınmasını, pulun ödənilməsini tələb edib. Amma satıcılar onun istehlakçı hüquqlarını pozub, guya həmin gödəkçəni geyindiyini bildirərək, qaytarmaqdan imtina ediblər. 

Şikayətçi dərhal İqtisadiyyat Nazirliyinin çağrı mərkəzinə müraciət edərək, 14 gün ərzində aldığı malı geri qaytarmaq hüququndan istifadə edə bilmədiyini və mağazanın onun hüquqlarını pozduğunu bildirib. Müştəri iddia edib ki, gödəkçənin qollarında və müxtəlif yerlərində xoşagəlməz səliqəsiz tikişlər var. 

Hüseyn daha sonra Səbail rayon Məhkəməsinə müraciət edib. O, məhkəmədən ödədiyi 820 manat pulu, həmçinin son aylarda çəkdiyi mənəvi iztirabın əvəzi olaraq mənəvi ziyan kimi 500 manat təzminat tələb edib. 

Məhkəmə Hüseynin iddiasını qismən təmin edərək qərar verib ki, "Outwear A06285 0AEAİ FW22/23 Diesel” modeli gödəkçənin alınmasına görə ödənilmiş 820 manat onun xeyrinə tutulsun və məhsul geri qaytarılsın.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->