Xəbər lenti

Müxalifət liderləri görüşdü (QAPALI)
Ölkə13:37 07.03.2013

Müxalifət liderləri görüşdü (QAPALI)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İsa Qəmbər, Əli Kərimov və Eldar Namazov arasında qapalı görüş keçirilib

Bu gün Müsavat Partiyasının başqanı İsa Qəmbər, “El” hərəkatının rəhbəri Eldar Namazov və AXCP sədri Əli Kərimli arasında görüş keçirilib.

Eldar Namazovun APA-ya verdiyi məlumata görə, Müsavat Partiyasının qərargahında keçirilən görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, seçkiyə hazırlıq prosesi, müxalifət düşərgəsində bu istiqamətdə görülən işlər, o cümlədən müxalifətin birgə fəaliyyət imkanları və problemlər müzakirə mövzusu olub.

E. Namazov qeyd edib ki, görüş qapalı xarakter daşıdığından, burada müzakirə olunan məsələlərin detallarının açıqlanması məqsədəuyğun hesab edilmir.

Qaynar.info