
Azərbaycanda növbətiseçkilərə hazırıq gedir. Hazırlıq deyəndə, yəni seçkiqabağı danışıqlargedir. Üçüncü və dördüncü dərəcəli siyasətçilər yarımmüstəqil mediada,internet KİV-lərində və mətbuat səhifələrində bir-birini ittiham edərəkortalığı qızışdırmaq və beləliklə, ölkədə seçikiqabağı siyasiehtirasların qaynadığı təsəvvürünü yaratmaq istəyirlər.
Neynəməkolar, işləri, qarşılarına qoyulan vəzifələri bundan ibarətdir. Səs-küy,qışqır-bağır salmalı, "lazım gələrsə" əlbəyaxa davaya da çıxmalıdırlar.Təki seçkiöncəsi marafonun "aktiv"liyini nümayiş etdirə bilsinlər.Budur Azərbaycan ictimai-siyasi şürunda siyasət və demokratiya qavramı,budur ölkəmizin demokratik imici, budur Azərbaycandakı demokratiya...
Aradankeçən 20 il ərzində baş tutmuş bütün növ seçkilərin nəticələri o qədərbir-birinə bənzəyir ki, qarşıdan gələn seçkilərin necə olacağı haqdadanışmağa belə ehtiyac duyulmur. Hökumət həmin tərkibdə, MSK həmintərkibdə, müxalifət rəhbərliyi dəyişməz tərkibdə və bir az da qocalmışprotest elektorat...
Hamısı öz yerində, köhnəqaydada, köhnə şüarlarla, köhnə söyüşlərlə. Təbii ki, hamısı da"razılaşdırılmış" qaydada. Baxın, 20 ildir baş verənlər bir-birinintəkrarından başqa bir şey deyil. Yəni nə hökumət, nə müxalifət, nə dəvəziyyət dəyişir.
Hərdən düşünürəm, niyə bəzihökumətə simsar siyasətçilər Azərbaycan müxalifətini dağıdıcılıqda,bölücülükdə, destruktivlikdə və cəmiyyəti radikallaşdırmaqdagünahlandırırlar? Əgər Azərbaycan müxalifətinin müxalifətdə keçən 20ilini soyuq başla, diqqətli şəkildə analiz etsək, görərik ki, bu müxalifqüvvələr nəinki cəmiyyəti radikallaşdırıblar, əksinə, buradikallaşmanın qarşısını çox ciddi şəkildə alıblar. Zaman keçdikcəmətbuat və siyasi təbliğat vasitəsi ilə hökumət və hakimiyyətdəkilərinəleyhinə aparılan propaqanda protest elektoratın içərisində bir çoxqrupların radikallaşmasına gətirib çıxarsa da, 20 il ərzində buqrupların heç biri nə təşkilatlana bildi, nə də ciddi mübarizəyə qalxdı.Hakimiyyətə qarşı radikal kütlənin nifrətinin pataloji həddə çatdığıdövrlərdə isə müxalifətimiz bol-bol icazəsiz mitinqlər təşkil edərəknifrəti beyninə vurmuş insanları meydanlarda əməlli-başlıəzişdirtdirərək enerjilərini bu yolla xərclədi. Enerjisini müxalifətinicazəsiz aksiyalarında rezin dəyənəklərlə çıxarılan radikal kütlə isənövbəti aksiyalara qədər ufuldaya-ufuldaya gözlədi, bəzən də susdu...
Nədeyəsən belə müxalifətə? Həm səslərinin oğurlandığını, seçkilərin totalsurətdə saxtalaşdırıldığını elan edərək hakimiyyətin legitimliyinişübhə altına atmağa çalışır, digər tərəfdən də "konstruktiv"liklərini buiki onillik ərzində heç itirmir. Mənə qalsa, əziz oxucularımız, buhökumətlə müxalifət bir-birinə çox öyrəşib. O qədər isnişiblər ki, artıqqopa bilmirlər. Sanki bir-birindən ayrılsalar, darıxar, ürəkləri gedər.Ona görə də bərk-bərk sarılıblar bir-birlərinə. Allah mehriban eləsin!Bu seçkini də yola versələr, lap rahtlaşardı canları. Çünki 20 illiksiyasi mübarizə hər iki tərəfi əməlli-başlı yorub, əldən-ayaqdan salıb.
Dönübgeriyə baxanda isə görürsən ki, 20 il heç də az vaxt deyil, necədeyərlər, bir igidin ömrüdür. Həm hakimiyyətdəkilərin, həm dəmüxalifətdəkilərin 20 il əvvəlki vəziyyətinə baxanda, həqiqətən də,qocaldıqlarını, bir çoxunun hətta tükəndiyini belə sezmək çətin deyil.Bunu özləri də hiss edirlər. Bir çoxları hətta öz yerlərinə övladlarınıhazırlamağa başlayıblar. Bunun üçün uşaqlarını bilərəkdən gündəməgətirirlər. Maşallah, hamısı da ingilis-fransiz təhsilli, ağıllıuşaqlardır. Əvvəl hakimiyyət nümayəndələri övladlarını siyasi həyataalışdırmağa başladılar. Yəni bizneslərinin olduğu ölkələrdə ictimaitəşkilatlar yaratdılar, biznesləri ətrafında "diaspora" formalaşdırdılarvə uşaqlarını gətirib başda əyləşdirdilər. Öz növbələrində müxalifətliderləri də övladlarını öz yerlərinə hazırlamağa başlayıblar. Hazırdaprosses sürətlə davam edir. Köhnələr bir-birinə necə isinişiblərsə,estafeti yad əllərə verməməkdə tam qərarlı görünürlər. Niyə də olmasın?Hakimiyyətin varisləri ola bilər, müxalifətin yox? Əgər öz atalarınınstolunda oturmaq birincilərin haqqıdırsa, deməli, ikincilərin dəhaqqıdır.
Deməli, yenə hər şey öz axarı ilədavam edəcək, ölkədə sabitlik və əmin-amanlıq hökm sürəcək. Məncə busabitliyi yalnız hakimiyyətin ayağına yazmaq müxalifətə qarşı çox böyükhaqsızlıq olardı. Şəxsən mən prezidentin yerində olsaydım, müxalifətinliderlərinə "Şöhrət ordeni" verərdim. Hakimiyyət belə müxalifəti,müxalifət isə belə hakimiyyəti yüz il qala tapa bilməz. Odur ki,bir-birindən möhkəm yapışıblar...