Xəbər lenti

Muxtar Babayevə yeni səlahiyyət verildi
Ölkə11:45 07.04.2022

Muxtar Babayevə yeni səlahiyyət verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Nazirlər Kabineti Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus "Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” ASC-nin Nizamnaməsinin təsdiq edilməsi barədə 6 may 2009-cu il tarixli qərarında dəyişiklik edib.
Qaynarinfo xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra səhmdar cəmiyyətinə sədri prezident deyil, nazir (indiki halda Muxtar Babayev) təyin edəcək.
Bundan başqa, kommersiya qurumu qanunvericiliklə müəyyən edilmiş qaydada nümayəndəlik və filiallar, tabeliyində olan hüquqi şəxs statuslu qurumlar yaradanda, yenidən təşkil edəndə və yaxud ləğv edəndə bunu İqtisadiyyat Nazirliyi ilə razılaşdırmalı olacaq.