Xəbər lenti

Muzey direktorunun meyiti iş yerindən tapıldı
Ölkə05:47 13.05.2019

Muzey direktorunun meyiti iş yerindən tapıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Cəlilabad rayonunda muzey direktorunun iş yerində meyiti tapılıb.
Qaynarinfo Report-a istinadən xəbər verir ki, Cəlilabad rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, 1955-ci il təvəllüdlü Ağayar Nəsirovun iş yerindəki otağından meyiti aşkar edilib. 
Məlumata görə, mərhum dünən günorta saatlarında vəfat edib. Onun meyiti isə dünən gecə saatlarında aşkar edilib. İlkin məlumata görə, muzey direktoru ürəktutmasından vəfat edib.
Faktla bağlı araşdırma aparılır.