Xəbər lenti

Nabrandakı istirahət mərkəzi sabiq deputatın obyekti çıxdı
Ölkə07:26 25.07.2013

Nabrandakı istirahət mərkəzi sabiq deputatın obyekti çıxdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Nizami İsgəndərov: “Nabran Village Holiday” istirahət mərkəzini icrayə vermişəm”

Məlum olduğu kimi iyulun 21-də “Nabran Village Holiday” istirahət mərkəzinin işçilərinin səhlənkarlığı nəticəsində 2 yaşlı İmranın hovuzda üzərkən qorumasız nasos sisteminin borusuna düşərək ayaqlarından məhrum olub. 

Artıq Xaçmaz rayonu ərazisində yerləşən "CTF" firmasına məxsus "Nabran" istirahət mərkəzində baş vermiş bədbəxt hadisənin səbəblərini araşdırmaq məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yaradılmış Monitorinq komissiyası hadisə yerinə ezam olunub. 

Müəssisənin fəaliyyətini, mövcud şəraiti, təhlükəsizlik qaydalarına hansı səviyyədə əməl olunmasını və s. göstəriciləri ətraflı araşdıran komissiya bu sahədə ciddi nöqsanlar aşkar edib və müəssisənin fəaliyyətinin dayandırılmasını tövsiyə edilib. 

Bununla əlaqədar olaraq, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən onun fəaliyyətinə verilmiş xüsusi razılığın (lisenziyanın) ləğv edilməsi barədə əmr verilib. Bu arada həmin istirahət mərkəzinin sahibi məlum olub. Bəlli olub ki, oranın sahibi sabiq deputat, Sumqayıtın tanınmış iş adamlarından biri olan Nizami İsgəndərovdur. 

“Bizimyol.info”-nun bununla bağlı sorğusunu cavablandıran Nizami İsgəndorov istirahət mərkəzinin ona məxsus olduğunu təsdiqləyib: “Ancaq həmin obyekt icrayə verilib. Oranı çalışdıranlar başqa şəxslərdir. Biz qanuni, müqavilə ilə oranı icarəyə vermişik. Heç kəs istəməzdi ki, belə bir olay yaşansın. Olanlardan hamı kimi mən də təəssüflənirəm”.