Ölkə 22:55 13.01.2022

Naftalanda gənc qız dəm qazından zəhərləndi

Naftalan şəhərində dəm qazından zəhərlənmə hadisəsi olub.

Qaynarinfo xəbər verir ki, Naftalan şəhər sakini, 2006-cı il təvəllüdlü N.Əliyeva yaşadığı evdə dəm qazından zəhərlənib.

O, xəstəxanaya aparılıb, vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.