Xəbər lenti

Nağı bəy Şeyxzamanlının nəvəsi vəfat etdi
Ölkə04:28 07.03.2024

Nağı bəy Şeyxzamanlının nəvəsi vəfat etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli təhlükəsizlik orqanı olan Əks-inqilab ilə mübarizə təşkilatının rəisi vəzifəsində işləmiş Nağı bəy Şeyxzamanlının nəvəsi Belma Keykurun vəfat edib.
"Report”un ABŞ bürosu xəbər verir ki, o, ABŞ-nin Texas ştatında hüquqşünas olaraq işləyirdi.
B.Keykurun xərçəng xəstəliyindən dünyasını dəyişib.
O, "Report”a müsahibəsində ailəsinin öncə Türkiyəyə, sonra isə Amerikaya köç hekayəsindən danışmış, babasının və atasının Azərbaycanın azadlıq mücadilədə ön sıralar yer aldığından bəhs etmiş və uzaq Amerikada Azərbaycanın təbliği üçün ailəsinin səylərindən danışmışdı.