Xəbər lenti

Nailə Rzaquliyeva işdən çıxarıldı
Ölkə13:08 27.08.2014

Nailə Rzaquliyeva işdən çıxarıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı Təhsil İdarəsinin rəisi Nailə Rzaquliyeva işdən çıxarılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəisi Nailə Rzaquliyeva tutduğu vəzifəsindən azad edilib.

Aznews.az xəbər verir ki, bu barədə əmri təhsil naziri Mikayıl Cabbarov bir neçə gün əvvəl imzalayıb. 

Məlumatda o da qeyd olunub ki, N. Rzaquliyeva işdən azad edilməsi ilə bağlı əmr verilməmişdən bir ay əvvəl məzuniyyətə göndərilib.

Məsələ ilə bağlı əməkdaşımız Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidməti ilə əlaqə saxlayıb. 

Xidmətin rəhbəri Arzu Tairquliyeva əməkdaşımızla söhbətində məlumatı təkzib etməyib: “Bu haqda məlumatı Təhsil Nazirliyinin mətbuat xidmətindən öyrənməyiniz məsləhətdir”. 

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovla isə əlaqə saxlamaq mümkün olmayıb.

Qaynar.info