Xəbər lenti

Namaz qılan robot hazırlandı – VİDEO
Ölkə06:57 27.02.2014

Namaz qılan robot hazırlandı – VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İran sakini Əkbər Rezai uşaqlara ibadəti öyrətmək üçün “Veldan” robot humanoidini yaradıb.

Varamin şəhərindən olan 27 yaşlı müəllim robot texnikası üzrə fərdi dərslərə gedib və məktəblilərin Quran kitabına marağının artması üçün əldə etdiyi biliklərdən istifadəyə qərar verib.


Qaynar.info İCTnews-a istinadən xəbər verir ki, bu barədə “Fox News” nəşri yazıb.

"Bir dəfə ailəvi görüşdə mən balaca qızın musiqi oxuyan və rəqs edə bilən kukla ilə oynadığını gördüm" – Rezai deyib. – O zaman mən dini məqsədlər üçün istifadəsi mümkün olan robotlar yaratmaq qərarına gəldim”.

Bildirir ki, Rezai robotu öz evində Koreyanın “Robotis Bioloid” istehsalçısının dəsti əsasında hazırlayıb.

Qaynar.info