Xəbər lenti

Namaz təqvimi dəyişəcək - Rəsmi açıqlama
Ölkə11:03 18.03.2016

Namaz təqvimi dəyişəcək - Rəsmi açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) namaz təqvimi ilə bağlı əhaliyə müraciət edib. 

İdarənin məbuat xidmətindən verilən məlumata görə, Nazirlər Kabinetinin qərarı ilə bu ildən etibarən yay vaxtına keçidin ləğv olunması ilə bağlı QMİ-nin saytında təqdim olunan namaz vaxtları cədvəllərində 27 mart 2016-cı il tarixdən başlayaraq bütün namaz vaxtlarından 1 saat çıxılmalıdır. 

Qaynar.info faktxeber.com-a istinadən bildirir ki, cədvəldə Bakı şəhəri üçün 27 mart tarixinə göstərilmiş sübh azanı vaxtı 06:12-dir. Bu göstəricidən 1 saat çıxırıq (06:12 - 01:00) və həmin tarixdə Bakı üçün sübh azanı vaxtını müəyyən edilir (05:12) .

Qaynar.info