Xəbər lenti

Naməlum şəhid kimi dəfn edilmişdi - Kimliyi 32 il sonra bilindi (FOTO)
Foto 12:30 05.06.2024

Naməlum şəhid kimi dəfn edilmişdi - Kimliyi 32 il sonra bilindi (FOTO)

Birinci Qarabağ müharibəsində itkin düşmüş, 32 ildən sonra kimliyi müəyyən edilən şəhid Rövşən Məcid oğlu Əliyevin qalıqları Abşeronda torpağa tapşırılıb.

Qaynarinfo AZƏRTAC-a istinadən xəbər verir ki, şəhid Rövşən Məcid oğlu Əliyevlə Xırdalanda, ailəsin yaşadığı ünvanda vida mərasimi keçirilib.

Şəhidin qalıqları Xırdalan şəhidlər xiyabanında dəfn olunub.

Dəfndə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştrak ediblər.

Qeyd edək ki, Əliyev Rövşən Məcid oğlu Birinci Qarabağ müharibəsində Daşaltıda itkin düşmüş sayılırdı. O, Tərtərdə Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunmuşdu.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->