
ABŞ-ın ən qədim hərbi tərsanəsində naməlum şəxsin açdığı atəş nəticəsində 4 nəfər ölüb, 10-dan çox adam yaralanıb.
APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, hadisə Vaşinqton şəhərində baş verib.
Naməlum şəxsin tərsanə ərazisində yerləşən ofisə gələrək qəflətən atəş açdığı bildirilir.