Xəbər lenti

Naməlum şəxslər Alya Yaqublunun qızından qovluq istəyiblər
Ölkə07:47 22.08.2016

Naməlum şəxslər Alya Yaqublunun qızından qovluq istəyiblər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Qızım jurnalistika kursuna gedir. Bu gün kursdan çıxandan sonra evimizin yaxınlığında ona qara eynəkli biri yaxınlaşıb, deyib verin, papkanıza baxım. Qızım razılaşmayıb. Sonra öz əlindəki bükülünü qızıma vermək istəyib, qızım götürməyib və tez aralanıb evə gəlib".

Qaynarinfo.Az xəbər verir ki, bunu Müsavatın Divan üzvü Alya Yaqublu özünün "Facebook" səhifəsində yazıb.

Alya Yaqublu bunu "Respublika" təşəbbüs qrupundakı fəaliyyəti ilə əlaqələndirib: "Burdan yazıb hakimiyyət nümayəndələrinə bildirirəm ki, onun papkasında imza vərəqələri olmayıb, çünki qızım ümumiyyətlə, bu prosesdə iştirak eləməyib. Boşuna vaxt sərf eləməyin".

Qızılgül
Qaynarinfo.Az