Xəbər lenti

Naməlum şəxslər deputatı güllələdi - FOTO
Ölkə10:56 12.07.2016

Naməlum şəxslər deputatı güllələdi - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ukraynada deputat Vasiliy Baqayçuka silahlı hücum edilib. "Qaynarinfo.Az" Rusiya mediasına istinadən xəbər verir ki, Odessa vilayəti Çernomorsk Şəhər Şurasının deputatı iki naməlum şəxsin silahlı hücumuna məruz qalıb, nəticədə deputat hər iki ayağından yaralanıb. 

Xəstəxanaya yerləşdirilən deputatın güllələnməsi ilə bağlı cinayət işi açılıb. 

İlkin ehtimallara görə, hadisə Odessa şəhəri, Pokrovaya küçəsindəki barların birinin yanında baş verib. Vasiliy Baqayçuka atəş açan şəxslərin hadisə yerindən qaçdığı bildirilir.

Qaynarinfo.Az