Xəbər lenti

"Nant" - "Qarabağ" matçının hakimləri müəyyənləşdi
İdman12:34 25.10.2022

"Nant" - "Qarabağ" matçının hakimləri müəyyənləşdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
UEFA Avropa Liqasında mübarizə aparan "Qarabağ”ın turnirin qrup mərhələsinin V turunda Fransanın "Nant” klubuna qarşı keçirəcəyi oyununu idarə edəcək hakimlər açıqlanıb.
Qaynarinfo xəbər verir ki, görüşü Danimarkadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Jakob Kehletə meydançanın kənarında Lars Hummelgaard, Viktor Skitte yardım edəcək. Dördüncü hakim funksiyasını Jorgen Burxardt yerinə yetirəcək. 
Qarşılaşmanın VAR hakimləri Jeroen Mansçot və Rob Dieperink olacaq.
Matç oktyabrın 27-də, saat 23:00-da Nant şəhərindəki "Beaujoire" stadionunda keçiriləcək.
 
Səbuhi Həsənov