Nardaran hadisələri ilə əlaqədar həbs edilmiş Əbülfəz Bünyadov azadlığa buraxılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Report"a vəkil Fəxrəddin Mehdiyev məlumat verib.
Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan məhbusun səhətində cididi problem olduğu üçün onun cəzasını çəkilməyən hissəsindən azad edilməsi ilə bağlı məhkəməyə müraciət edilmişdi. Nizami Rayon Məhkəməsinin hakimi Rauf Əhmədov Müalicə Müəssisəində müraciətə baxaraq, onun vaxtından əvvəl azad edilməsi ilə bağlı qərar çıxarıb. Ə.Bünyadov 2015-ci il noyabrın 26-da Nardaranda keçirilmiş xüsusi əməliyyat həbs edilib. Lakin bir müddət sonra polis nəzarətinə buraxılıb. 2018-ci il iyulun 11-də məhkəmə onu 15 il azadlıqdan məhrum edib.