Xəbər lenti

“Nardaran Qalası"nda əməliyyat: silah-sursat gizlədən şəxs saxlanıldı (FOTOLAR)
Ölkə12:20 28.05.2018

“Nardaran Qalası"nda əməliyyat: silah-sursat gizlədən şəxs saxlanıldı (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Daxili işlər orqanlarının əməkdaşları əllərdə qanunsuz olaraq saxlanılan və gizlədilən odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçiriblər.
Bu barədə Qaynarinfo-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsinə Yasamal rayon sakini, əvvəllər məhkum olumuş Nadir Qurbanovda odlu silah olması, həmin silahı "Nardaran Qalası"nda gizlətməsi barədə məlumat daxil olub.
Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində həmin şəxs saxlanılıb. Hal şahidlərinin iştirakı ilə qeyd edilən yerə baxış keçirlən zaman oradan 1 ədəd "Makarov” markalı tapança və içərisində 7 ədəd patron olan daraq aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində həmin salah-sursatın ona məxsus olmasını etiraf edib.
Faktla bağlı 42-ci Polis Bölməsində toplanan material araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.