Xəbər lenti

Nardaranda aksiya başa çatıb (FOTOLAR - VİDEO - YENİLƏNİB)
Ölkə13:21 01.04.2013

Nardaranda aksiya başa çatıb (FOTOLAR - VİDEO - YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

18:21

Aksiya iştirakçıları Taleh Bağırzadənin azad olunmasını tələb ediblər. Aksiyada iştirak edən bir neçə ağsaqqal hökumətə Taleh Bağırzadənin azad edilməsi üçün vaxt veriblər. Bildirilib ki, əgər bu tələb yerinə yetirilməsə, aprelin 5-də yenidən aksiya keçiriləcək.

15:11

Nardaranda dindarların aksiyası başlayıb. 

Qaynar.info-nun aksiyada iştirak edən əməkdaşının verdiyi məlumata görə, artıq, aksiya iştirakçıları çıxışlar edirlər. Etirazçılar həbs edilən Taleh Bağırzadənin azad edilməsi ilə bağlı təkliflər səsləndirirlər. 

Ətrafda polis qüvvələri gözə dəymir.

Aksiyada 500-dən çox insan iştirak edir. Bir azdan aksiya iştirakçıları Taleh Bağırzadənin həbs olunmasına etiraz əlaməti olaraq qətnamə oxuyacaqlar. 

Qeyd edək ki, martın 31-də ilahiyyatçı Taleh Bağırzadə həbs olunub. Polis onun saxlanarkən üzərindən 1,26 qram heroin tapıldığını deyir. İlahiyyatçı haqqında Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə cinayət işi açılıb.

Fotolar Bayram İsgəndərova məxsusdur.

Qaynar.info