Xəbər lenti

Nardaranda növbəti əməliyyat: 3 nəfər həbs edildi
Ölkə13:59 07.03.2016

Nardaranda növbəti əməliyyat: 3 nəfər həbs edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakının Nardaran qəsəbəsində oğurluq hadisəsi baş verib. 

Qaynar.info teleqraf.com-a istinadən xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin 42-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, martın 5-də Nardaran qəsəbəsində əvvəllər məhkum olunan 1973-cü il təvəllüdlü Zaman Talıbov, 1981-ci il təvəllüdlü Namiq Hüseynov və Abşeron rayon sakini, 1987-ci il təvəllüdlü Saleh Məmmədov həbs ediliblər. 

Onlar qəsəbənin yeni magistral yolun kənarında "Azəriqaz" MMC-yə məxsus 76 mm. diametrlik 30 metr uzunluğunda  istifadəyə yararsız qaz borusunu kəsərək oğurlayıblar. 

Qaynar.info