Bir neçə gün əvvəl vətəndaş Abdulova Elnarə Mirzə qızının "Narıncı Mebel" mağazası ilə bağlı şikayəti dər etmişdik. "Azad İstehlakçılar" İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynovun yaydığı və iqtisadiyyat naziri Şahin Mustafayevə də göndərilən şikayə ərizəsində vətəndaşı mağazada aldadıldığını iddia edirdi.
Bu gün şikayət məkubunda da adı çəkilən "Narıncı Mebel"in direktoru Ülkər Kişibəyovanın imzası ilə redaksiyamıza məktub daxil olub. Məktubu olduğu kimi dərc edirik:
"Yazıb, bildirirəm ki, Abdulova Elnarə yoldaşı ilə birlikdə ofisimizə yaxınlaşaraq təmirdə olan evləri üçün fərqli çeşiddə mebel sifarişi ilə bağlı müraciət etmişdir. Öz istəkləri əsasında razılığa gəlinərək 12 İyul 2017-ci il tarixli müqavilə bağlanmışdır.
Elnarə xanımın dediyinə əsasən, müqavilə bağlandığı tarixdən 20 gün sonra evlərində gedən təmir işləri yekunlaşacaqmış. Buna görə də mebellər 20 gün müddətində təhvil verilməli idi. İşçilərimizin mebelləri yerləşdirməsi üçün təmir prosesinin bitməsi lazım idi. Lakin biz Elnarə xanımın evinə baxış keçirdiyimiz zaman təmir işlərinin davam etdiyini gördük. Bu səbəbdən Elnarə xanımın sifariş etdiyi mebel, sadəcə divan hazır idi,digər mebellərin hazırlanması davam edirdi. Buna baxmayaraq onlar gözləmək istəmədiklərini və çox təkidlə ödənişlərinin geri qaytarılmasını tələb etdilər. Qismən ödənilən məbləğ mebellərin hazırlanma vəsaitlərinə xərcləndiyi üçün ödənişi nəğd geri qaytarmaq mümkün olmadı.
Bu mövzu ilə bağlı onların vəkili Sünbül xanım bizimlə əlaqə saxlamışdır. Bizim tərəfimizdən təklif olundu ki,alınan məbləğ divanla birlikdə hissə hissə ödənilsin. Onlar isə buna etiraz edərək pulu bütöv şəkildə istədiklərini bildirdilər. Hətta divandan imtina edərək, pulu qaytaran zaman divanıda gətirməyi tələb etdilər.
Müqavilənin bitməsindən 1 il vaxt keçib. Bu müddət ərzində nə vəkilləri Sünbül xanım nə də Abdulova Elnarə bizimlə əlaqə saxlamamışdılar. Şirkətimiz çox böyük böhran yaşadığı üçün vətəndaşdan alınan məvacibi bütöv şəkildə geri qaytarmağa şirkətin maddi büdcəsi kifayət qədər deyildir".