Xəbər lenti

Narkotik vasitələrin “qara bazar” qiymətləri açıqlandı - RƏSMİ
Ölkə07:15 24.03.2015

Narkotik vasitələrin “qara bazar” qiymətləri açıqlandı - RƏSMİ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Komissiyası narkotik vasitələrin “qarabazar” qiymətlərini açıqlayıb.
APA-nın məlumatına görə, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Komissiyasının İşçi Qrupu tərəfindən Azərbaycan və ingilis dillərində hazırlanmış “Narkotiklərə nəzarət sahəsində 2014-cü ilə dair Ölkə Məruzəsi”ndə qeyd edilib ki, 1 yanvar 2015-ci il tarixə olan vəziyyətə görə 1 kq tiryəkin “qara bazar”da topdansatış qiyməti minimum 3.000, maksimum 7.000 dollar, pərakəndə satış qiyməti minimum 10.000, maksimum 15.000 dollar olub.
Müvafiq olaraq 1 kq heroinin “qara bazar”da topdansatış qiyməti 15.000-20.000 dollar, pərakəndə satış qiyməti 40.000-50.000 dollar, 1 kq marixuananın topdansatış qiyməti 6.000-8.000 dollar, pərakəndə satış qiyməti 8.000-12.000 dollar, 1 kq həşişin topdansatış qiyməti 2.500-4.000 dollar, pərakəndə satış qiyməti 6.000-8.000 dollar olub.
Qaynar.info