Xəbər lenti

NASA Aya uçuş hazırlayır - Tarix açıqlandı
Dünya10:46 03.07.2022

NASA Aya uçuş hazırlayır - Tarix açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
NASA "Artemis 1" Ay missiyasını avqustun sonu və ya sentyabrın əvvəlində işə salmağı planlaşdırır.
Qaynarinfo-nun məlumatına görə, bu barədə  "Ars Technica"  NASA-nın Kəşfiyyat Sistemlərinin İnkişafı proqramının rəhbərinin müavini Cim Friyə istinadən xəbər yayıb.
Nəşrin məlumatına görə, agentlik artıq Ayda yeni uçuş həyata keçirəcək "Space Launch System" raketini sınaqdan keçirib.
"Artemis 1" missiyasının 23 avqust - 6 sentyabr tarixləri arasında baş tutması planlaşdırılır. Bu uçuş zamanı pilotsuz "Orion" modulu uçuşun insan orqanizminə ehtimal olunan təsirini araşdırmaq üçün Ayın ətrafında uçacaq.
NASA artıq "Space Launch System" raketi üçün son hazırlıqları tamamlayır.
Aydın