Xəbər lenti

NASA-nın mükafatlandırdığı azərbaycanlı məktəbli kimdir? (VİDEO)
Ölkə11:43 05.11.2021

NASA-nın mükafatlandırdığı azərbaycanlı məktəbli kimdir? (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-da təhsil alan həmyerlimiz NASA tərəfindən beynəlxalq sertifikata layiq görülüb.
Qaynarinfo "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, Minnesota ştatında yaşayan 6-cı sinif şagirdi Sevda Məmmədovanın çəkdiyi rəsm "Tələbə Kosmik Uçuş Təcrübələri Proqramı" çərçivəsində 13-cü missiyada iştirak edən "Astronavtlar üçün sənət" yarışmasında qalib gəlib.
23 min 117 şagirdin arasından seçilən Sevda sertifikatla mükafatlandırıb. Həmyerlimizin çəkdiyi rəsm əsəri beynəlxalq kosmik mərkəzin 13-cü missiyasında iştirak edən astronavtların geyiminin üzərində yer alıb.
Sevda uğurunu Azərbaycana həsr etdiyini deyir.
<iframe width="578" height="345" src="https://www.youtube.com/embed/zsAHyWqzrd0" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">