Xəbər lenti

NASA o dəhşətli görüntüləri yayımladı (FOTOLAR)
Ölkə14:10 06.01.2020

NASA o dəhşətli görüntüləri yayımladı (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən həftə Avstraliyada başlayan yanğınnın söndürülməsi işləri davam edir. 
Qaynarinfo xəbər verir ki, 1500 evi külə çevirən yanğında 23 adam həyatını itirib. Havanın temeraturunun artması və küləyin şiddətlənməsi işə mənfi təsir göstərir. Digər tərəfdən, NASA-nın paylaşdığı görüntü fəlakətin miqyasını tam aydınlığıyla ortaya qoyub.
Yanğının necə yayılması NASA-nın paylaşdığı kosmosdan çəkilən görüntülərdə aydın görünür. NASA-nın çəkdiyi 3 ölüçülü sistemlə birləşdirilən görüntülərdə son 1 ay içində yanğınların çıxış nöqtələri də görünür.
Səlahiyyətlilər bildirib ki, sürəti saatda 128 kilometrə çatan və istiqamətini cənuba çevirən güclü külək Yeni Cənubi Uels əyalətində fərqli nöqtələrdə yanğınların yayılması riskini artırıb.
Yeni Cənubi Uels Yanğın və Xilasetmə bölməsindən verilən açıqlamada gecə yanğına müdaxilə edən 4 yanğınsöndürənin yaralandığı bildirilib. 
Xilasetmə Xidməti əyalətdəki yanğınların 150 fərqli nöqtədə aktiv olduğunu, bunlardan 64-nün nəzarət altına alınmadığını açıqlayıb. 
Alovların şiddətlənməsi səbəbindən cənub-şərqi Avstraliyanın bəzi bölgələrində havanın temperaturu 48,9 dərəcəyə çatıb.
Viktoria əyalətində yanğınlar üzündən köməksiz qalan insanları təxliyə etmək üçün əraziyə hərbi helikopterlər göndərilib.
Avstraliyanın baş naziri Skott Morrison dünən yanğınların nəzarət altına alınmasına kömək etmək üçün 3 min əsgərin işə cəlb edildiyini bildirib.
Fəlakət zamanı 4 yanğınsöndürən təyyarəni icarəyə götürmək üçün 20 milyon Avstraliya dollarının (14 milyon dollar) xərclənəcəyi barədə məlumatı bölüşən Morrison donanmanın "HMAS Adelaide" gəmisinin yanğından zərər görmüş Yeni Cənubi Uels və Viktoriya ştatları sahillərində insanların təxliyəsini dəstəkləmək üçün göndərildiyini deyib.
28 vətəndaşın həyatı haqda heç bir məlumat yoxdur.
Avstraliyada sentyabrdan bu yana meşələrdə baş verən yanğınlarda 23 nəfər həlak olub.
Ölkənin fərqli ərazilərində davam edən və 5 milyon hektara yaxın sahəni yox edən yanğınlarda 1500-dən artıq ev kül olub.
Alpər