"Son hucum və İranda baş verən hadisələr Azərbaycana tam əsas verir ki, İranla quru sərhədi bağlı saxlasın, amma Gürcüstan,Türkiyə və Rusiya ilə quru yolları açsın”.
Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, əvvəl bu addım atılsaydı, İrandan etirazlara formal bəhanə yaranardı:
"İndi isə bizim tam haqqımız var ki, İranla quru sərhədləri bağlı saxlayaraq, digər ölkələrlə yolları açaq. Bu, həm də davranışlarına, tutumuna, ölkəmizə münasibətinə görə İran rejiminə yaxşı mesaj olar”.
Natiq Cəfərli deyir ki, quru sərhədlərimizin bağlı qalmasının "pandemiya" ilə əlaqədar olmadığı hamıya aydındır:
"Əsas səbəblərdən biri bölgəmizdə müəyyən proseslərin baş verməsi, gözlənilən təhlükələrlə bağlı idi. Son zamanlar İranda baş verənlər bu ehtimala görə sərhədlərin bağlı qalması fikrini gücləndirdi. Tehranda səfirliyimizə terror hücumu və sonra səfirliyin tam tərkibdə ölkəyə təxliyyə edilməsi doğru qərardır”.
Bahar Rüstəmli