
16:37
REAL Hərəkatının İcra Katibi Natiq Cəfərlinin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb.
Qeyd edək ki, N.Cəfərli avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb. Daha sonra Nəsimi Rayon Məhkəməsi onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
N.Cəfərli Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui‐istifadə ağır nəticələrə səbəb olduqda) maddələrinə əsasən təqsirli bilinir.
REAL Hərəkatı Natiq Cəfərlinin həbsini siaysi sifariş hesab edir.
Amnesty International təşkliatı Natiq Cəfərlinin həbsini siyasi hesab edir.
****
16:14
Bakı Apellyasiya Məhkəməsində ReAl hərəkatının icra katibi, iqtisadçı ekspert Natiq Cəfərlinin həbsindən verilmiş apellyasiya şikayətinə baxılır.
Qaynarinfo.Az xəbər verir ki, proses qapalı keçirilir.
Ölkədəki səfirliklərin nümayəndələri prosesi izləmək üçün məhkəmə önünə gəliblər.
Qaynarinfo.Az

