Xəbər lenti

Natiq Ədilov: "Bacımın yastığının altından "narkotik" tapıblar" - FOTO (YENİLƏNİB)
Ölkə07:44 12.08.2014

Natiq Ədilov: "Bacımın yastığının altından "narkotik" tapıblar" - FOTO (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
11:12

Bu gözlənilən həbs idi. Qardaşımı oxşar maddə ilə fevralda həbs etmişdilər.  O vaxt geri çəkilmişdilər,” deyə Natiq Ədilov qardaşı Muradın həbs olunması barədə Amerikanın Səsinə müsahibəsində bildirib.

“Azadlıq” qəzetinin və “Azərbaycan Saatı” proqramının əməkdaşı Natiq Ədilovun Sabirabaddakı ata evinə silahlı polis qüvvələri reyd keçiriblər.  Evdə axtarış aparan qüvvələr narkotik tapdıqlarını iddia edərək AXCP fəalı Murad Ədilovu naməlum istiqamətdə aparıblar.

Amerikanın Səsinə danışan N.Ədilov qardaşının hazırda harada olduğunu bilmədiyini deyib.  “Bilmirəm başına nə işgəncə gətirirlər, boynuna nə qoymaq istəyirlər,” deyə cənab Ədilov qardaşının taleyindən narahatlığını ifadə edib.     

“Evimizə gələn silahlı adamlar bacımızın yastığının altından bükülü tapıblar. Adını narkotika qoyub, qardaşımı həbs ediblər”, deyə Natiq Ədilov bildirib.

Onun sözlərinə görə qardaşının həbsi istər Muradın AXCP fəalı kimi öz fəaliyyəti ilə, istərsə də Natiq Ədilovun “Azadlıq” qəzeti və “Azərbaycan Saatı”ndakı işi ilə bağlı ola bilər.

Qaynar.info

Ədilovların evi axtarışdan sonra:

12:44

Daxili İşlər Nazirliyi AXCP üzvü Natiq Ədilovun qardaşının həbsinə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-ya bildirib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayonunun Xəlfəli kənd sakini Murad Ədilovdan 114,2 qram həşiş və 7,4 qram marixuana aşkar edilərək götürülüb.
 
M. Ədilovun yaşadığı evə baxış zamanı isə 685 qram marixuana aşkar edilib. Faktla bağlı cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.
 
E. Zahidov deyib ki, M. Ədilovun həbsinə siyasi don geyindirmək doğru deyil: “Murad Ədilov konkret cinayət faktına görə tutulub. Buna siyasi don geyindirmək düzgün deyil. Ortada cinayət faktı var və o, bu fakta görə məsuliyyətə cəlb olunub”.