
Mayın 5-də başlayaraq Qaraheybət Təlim Mərkəzində keçirilən NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə səhra təlimi bu gün başa çatıb.
Qaynar.info Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, ssenariyə əsasən təlimə 900 nəfərə yaxın şəxsi heyət, 100-dək hərbi texnika və 4 ədəd helikopter cəlb olunub.
Təlimdə iştirak edən şəxsi heyətin hazırlığı, bilik və bacarığı beynəlxalq müşahidəçilər tərəfindən yüksək qiymətləndirilib.
Qaynar.info








