Qərbdə Rusiyanın NATO-ya hücum edə biləcəyi ilə bağlı yayılan bəyanatları Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin şərh edib. O, əmindir ki, bu, "Qərbin hazırkı hibrid təcavüzünə” haqq qazandırmaq üçün aparılan informasiya müharibəsinin bir hissəsidir”.
Qaynarinfo xəbər verir ki, bu barədə RİA Novosti
yazır.
XKX rəhbəri əlavə edib: "Bu həm də, əgər istəyirsinizsə, Rusiyanı NATO bloku ilə birbaşa silahlı münaqişə perspektivi ilə qorxutmaq cəhdidir".
Onun sözlərinə görə, "Qərblilər Rusiyaya təsir etmək üçün öz döyüşkənliyini vurğulayırlar ki, "Rusiya xüsusi hərbi əməliyyatla bağlı plan və məqsədlərindən əl çəksin”.
Bununla belə, Rusiya Federasiyası və onun rəhbərliyi "məqsədlərindən əl çəkməyəcək”, - Narışkin vurğulayıb.
Xatırladaq ki, NATO-ya üzv ölkələr 2024-cü ildə keçiriləcək "Sabit Müdafiəçi” təlimlərində "Rusiyanın şərq cinahına mümkün müdaxiləsinə cavab tədbirləri” həyata keçirməyi planlaşdırır. Onlar vurğulayıblar ki, NATO yaxın iki onillikdə Rusiya ilə genişmiqyaslı müharibəyə hazırlaşmalıdır.
Alpər
Şərhlər