
"Noyabrın 3-də NATO Hərbi Tərəfdaşlıq İdarəsi və NATO Müttəfiq Transformasiya Komandanlığının ekspertlər qrupu Azərbaycana səfərə gəlib. Səfər noyabrın 7-nə qədər davam edəcək".
Bu barədə Arqument.az-a hərbi mənbələrdən məlumat daxil olub. Məlumatda bildirilir ki, səfər çərçivəsində nümayəndə heyətinin müdafiə naziri Zakir Həsənovla görüşü nəzərdə tutulub.
Mənbə həmçinin qeyd edir ki, bu müddət ərzində nümayəndə heyəti bir sıra hərbi hissələrdə olacaq və hərbi məktəblərdə görüş keçirəcəklər.
Səfərin sonunda media nümayəndələri üçün mətbuat konfransı nəzərdə tutulub.
Qaynar.info