Xəbər lenti

Naxçıvan aeroportundan bütün istiqamətlərə uçuşlar dayandırıldı
Ölkə16:32 05.03.2026

Naxçıvan aeroportundan bütün istiqamətlərə uçuşlar dayandırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hazırda yaranmış vəziyyətlə əlaqədar olaraq Naxçıvan Beynəlxalq Hava Limanında daxili və xarici istiqamətlərdə uçuşlar müvəqqəti dayandırılıb.
Bu barədə Qaynarinfo-ya Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.
Məlumata əsasən, məsələ ilə bağlı vəziyyət operativ şəkildə qiymətləndirilir və müvafiq qurumlarla koordinasiya aparılır: "Əlavə məlumatlar dəqiqləşdirildikcə ictimaiyyətə təqdim olunacaq".