Xəbər lenti

Naxçıvan Ali Məclisinin növbədənkənar sessiyası çağırıldı
Ölkə 20:00 12.06.2025

Naxçıvan Ali Məclisinin növbədənkənar sessiyası çağırıldı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyası çağırılıb.

Qaynarinfo xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov qərar imzalayıb.

Qərara əsasən, iyun ayının 13-dən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyası çağırılıb.

Növbədənkənar sessiyanın gündəliyinə "Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsinin müzakirəsi daxil edilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->