Xəbər lenti

Naxçıvan və Gədəbəy istiqamətində mövqelərimiz atəşə tutuldu (RƏSMİ)
Ölkə19:12 12.08.2021

Naxçıvan və Gədəbəy istiqamətində mövqelərimiz atəşə tutuldu (RƏSMİ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 12-si saat 17:40-dan 20:55-dək Vedi rayonunun Arazdəyən, Çəmbərək rayonunun Çəmbərək, Tucur yaşayış məntəqələrində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad, Gədəbəy rayonunun Zamanlı yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini mütəmadi olaraq iriçaplı silahlardan, həmçinin snayper tüfənglərindən də istifadə etməklə atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.