Xəbər lenti

Naxçıvan yolundakı qəzada 5 azərbaycanlı ölüb - YENİLƏNİB
Ölkə10:51 20.02.2017

Naxçıvan yolundakı qəzada 5 azərbaycanlı ölüb - YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün səhər saatlarında Türkiyə və Naxçıvan arasındakı Dilucu sərhəd-keçid məntəqəsi yaxınlığındakı yolda ağır yol qəzası baş verib.

Qaynarinfo.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, İqdırın Aralıq rayonu və Dilucu sərhəd-keçid məntəqəsi arasındakı yolda iki sərnişin avtobusu toqquşub.

Qəzaya səbəb havanın dumanlı olması və ötmə əməliyyatının düzgün yerinə yetirilməməsi olub.

İqdır valisi Əhməd Turqay Alpman qəza nəticəsində 6 nəfərin öldüyünü, 16 nəfərin yaralandığını bildirib.

Qəza yerinə çoxlu sayda təcili yardım və polis maşınları göndərilib. Toqquşan avtobuslarda sıxılmış vəziyyətdə qalan yaralılar var. Hazırda həmin yaralıların xilas edilməsi yönündə tədbir görülür.

İqdır-Naxçıvan avtomobil yolunda baş verən qəzada ölən və yaralananlar arasında azərbaycanlılar da var.

Bu barədə APA-ya Azərbaycanın Qarsdakı Baş konsulluğundan məlumat verilib.

***

“İğdırdakı qəzada ölən 8 nəfərdən 5-i Azərbaycan vətəndaşıdır”.

Bunu “Report”un Türkiyə bürosunun əməkdaşına açıqlamasında Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev bildirib.

O qeyd edib ki, qəzada ümumilikdə 28 nəfər xəsarət alıb: “Qəzada 26 Azərbaycan vətəndaşı yaralanıb. Yaralılar İğdır dövlət xəstəxanasına yerləşdirilib”.

Qaynarinfo.Az